ABŞ və Cənubi Koreya prezidentləri KXDR-də həbsdə olan üç amerikalının azadlığa buraxılmasını alqışlayıblar

ABŞ və Cənubi Koreya prezidentləri KXDR-də həbsdə olan üç amerikalının azadlığa buraxılmasını alqışlayıblar
# 10 may 2018 02:58 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp və Cənubi Koreyanın dövlət başçısı Mun Çje İn arasında telefon danışığı olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Məlumata əsasən, tərəflər rəsmi Pxenyan tərəfindən 3 ABŞ vətəndaşının azadlığa buraxılmasını alqışlayıblar.

“ABŞ lideri Mun Çje İnin mayın 22-də Vaşinqtona nəzərdə tutulduğu səfərini səbirsizliklə gözləyir”, məlumatda deyilir.

Qeyd edək ki, 2015-ci ildə Şimali Koreyada həbs olunan 3 ABŞ vətəndaşı ötən gün azadlığa buraxılıb. Ağ Evin rəhbəri bununla əlaqədar Şimali Koreya lideri Kim Çen Ina təşəkkürünü ifadə edib və yaxın günlərdə azadlığa buraxılanlarla görüşəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR