Cənubi Koreya prezidenti KXDR idmançılarını 2018-ci il qış Olimpiadasına dəvət edib

Cənubi Koreya prezidenti KXDR idmançılarını 2018-ci il qış Olimpiadasına dəvət edib
# 21 sentyabr 2017 04:42 (UTC +04:00)

Cənubi Koreyanın prezidenti Mun Çje İn KXDR idmançılarını Pxençxanda keçiriləcək 2018-ci il qış Olimpiadasına dəvət edib.

APA-nın “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, Cənubi Koreya lideri bildirib ki, şimal qonşuların yarışlarda iştirakı Koreya yarımadasındakı gərginliyi nisbətən azalda bilər.

“Bu münaqişənin həll oluna biləcəyini dünyaya göstərmək üçün gözəl bir fürsət ola bilər”, deyə Mun Çje İn vurğulayıb.

Qeyd edək ki, Pxençxan qış Olimpiadasını keçirmək hüququ uğrunda mübarizədə Almaniyanın Münhen və Fransanın Ansi şəhərini geridə qoyub. Yarışlar 2018-ci il, fevralın 9-dan 25-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR