Türkiyədə PKK-çılar avtobusu atəşə tutub, ölən və yaralananlar var

Türkiyədə PKK-çılar avtobusu atəşə tutub, ölən və yaralananlar var
# 26 sentyabr 2017 04:17 (UTC +04:00)

Türkiyənin Ağrı vilayətinin Döğubəyazid qəsəbəsində terrorçular mikroavtobusu atəşə tutublar.

APA-nın məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 6 adam yaralanıb.

Mikroavtobus Türkiyə ərazisinə qaçaq yolla keçən əcnəbiləri daşıyırmış. Nəqliyyat vasitəsi PKK terrorçuları tərəfindən saxlanılıb. Terrorçular mikroavtobusun sərnişinlərinə atəş açıblar.

Nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Sürücü və digər sərnişinlər qaça biliblər. Onlardan 6-sı polis əməkdaşları tərəfindən saxlanılıb. Qanunsuz miqrantlar bildiriblər ki, mikroavtobusda 20 nəfər olub. Polis qaçan digər miqrantları axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR