Abşeronda bacı-qardaşı maşın vurub

Abşeronda bacı-qardaşı maşın vurub
# 22 noyabr 2017 09:15 (UTC +04:00)

Abşeronda yolu keçən bacı-qardaşı maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 21-də saat 19 radələrində Abşeron rayonu ərazisində Mehdiabad qəsəbə sakini Ceyhun Zeynalov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerliləri Qiymət Dünyamalıyevanı və onun qardaşı Nuşirəvanı vurub.

Piyadalar xəstəxanaya yerləşdirilib, Nuşirəvan orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR