SOCAR-ın Türkiyədəki törəməsi gəlir vergisi siyahısında ikinci yerdə qərarlaşıb

SOCAR-ın Türkiyədəki törəməsi gəlir vergisi siyahısında ikinci yerdə qərarlaşıb
# 15 avqust 2017 08:18 (UTC +04:00)

İzmir Vergi Dairəsi İdarəsi 2016-cı ildə gəlir vergisinə görə vergi ödəyicilərinin siyahısını açıqlayıb.

APA-Economics” İzmir Vergi Dairəsi İdarəsinin saytına istinadən xəbər verir ki, əvvəlki illərdə olduğu kimi ötən il də müəssisə vergisinə (kurumlar vergisi) görə 171 mln. 320 min lirəlik göstərici ilə “Philsa Philip Morris Sabancı Sigara ve Tütün Sanayi ve Ticaret A.Ş” ilk pilləyə yüksəlib.

167 mln. 470 min lirəlik göstərici ilə “Petkim Petrokimya Holding A.Ş” siyahının ikinci, “MSC Gemi Acenteliği A.Ş” isə üçüncü pilləsində qərarlaşıb.

Qeyd edək ki, 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qonşu ölkədə yeganə neft-kimya istehsalçısı olan "Petkim Petrokimya Holding A.Ş."-də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Turkey Energy A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Turkey Energy A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq holdinq üçün xammal xərclərini azaldacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR