Türkiyə prezidentinin sözçüsü: "ABŞ-ın Qüdsü paytaxt kimi tanıması gərginliyə səbəb olacaq"

Türkiyə prezidentinin sözçüsü: "ABŞ-ın Qüdsü paytaxt kimi tanıması gərginliyə səbəb olacaq"
# 05 dekabr 2017 07:44 (UTC +04:00)

“ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəməsi ciddi narahatlıq doğurur”.

APA-nın “Haber7”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. O bildirib ki, ABŞ-ın bu qərarı gərginlik və qarşıdurmalara səbəb olacaq.

Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat veriləcəyi gözlənilirdi. Lakin son məlumata görə, D. Tramp bu qərarını təxirə salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR