Batumidə qazdoldurma stansiyasında partlayış olub, xəsarət alanlar var

Batumidə qazdoldurma stansiyasında partlayış olub, xəsarət alanlar var
# 16 avqust 2017 12:54 (UTC +04:00)

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində maye qaz yanacaqdoldurma stansiyasında güclü partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, nəticədə ətrafda olan 4 yaşayış evində yanğın başlayıb.

Hadisə nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR