Azərbaycan və Estoniyanın icbari tibbi sığorta sahəsində əməkdaşlıq perspektivləri araşdırılıb

Azərbaycan və Estoniyanın icbari tibbi sığorta sahəsində əməkdaşlıq perspektivləri araşdırılıb
# 11 avqust 2017 09:28 (UTC +04:00)

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Avropa İttifaqının “SOCIEUX+” proqramı çərçivəsində Estoniyanın Sosial İşlər Nazirliyinin dəvəti ilə 7-11 avqust tarixlərində agentliyin mütəxəssisləri Estoniyanın Tallin şəhərində səfərdə olublar. Agentlikdən APA-ya verilən xəbərə görə, səfərin məqsədi icbari tibbi sığortanın tətbiqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi olub.


“Avropanın qabaqcıl təcrübəsindən istifadə edilməklə səhiyyənin maliyyələşdirilməsi islahatlarının həyata keçirilməsində və icbari tibbi sığortanın tətbiqində Azərbaycan hökumətinə dəstək” əməkdaşlıq layihəsinə əsasən, agentliyin direktorunun müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Estoniyanın tibbi sığorta sisteminin iştirakçı qurum və təşkilatları, eləcə də bu sahədəki səlahiyyətli dövlət qurumları ilə bir sıra görüşləri baş tutub.

Direktorun müavini Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqda iştirakçılara məlumat verib. Görüşün yekununda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Estoniya Tibbi Sığorta Fondu arasında gələcək əməkdaşlıq perspektivləri araşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR