ABŞ BMT Təhlükəsizlik Şurasında İsrail-Fələstin münaqişəsinə dair qətnaməni bloklayıb

ABŞ BMT Təhlükəsizlik Şurasında İsrail-Fələstin münaqişəsinə dair qətnaməni bloklayıb
# 01 iyun 2018 22:49 (UTC +04:00)

ABŞ BMT Təhlükəsizlik Şurasında İsrail-Fələstin münaqişəsinə dair qətnaməni bloklayıb

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, İsrailin fələstinlilərə qarşı güc tətbiq etməsini pisləyən, Fələstin əhalisinin müdafiəsinə çağıran qətnamənin lehinə 10 Şura üzvü səs verib, 4 ölkə (Böyük Britaniya, Polşa, Niderland, Efiopiya) bitərəf qalıb.

Qətnamənin əleyhinə səs verən ABŞ sənədi bloklayıb.

Qeyd edək ki, Təhlükəsizlik Şurasının daimi beş üzvündən biri olan ABŞ qətnamə layihələrinə veto qoymaq hüququna malikdir.

Bununla yanaşı ABŞ-ın təklif etdiyi, HƏMAS-ın fəaliyyətini pisləyən qətnamə layihəsi də qəbul edilməyib. Qətnamənin lehinə 1, əleyhinə 3 Şura üzvü səs verib, 11 ölkə bitərəf qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR