Sabirabad sakinindən narkotik götürülüb

Sabirabad sakinindən narkotik götürülüb
# 31 may 2018 07:49 (UTC +04:00)

Sabirabad sakinindən narkotik götürülüb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirilib ki, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Əsgərbəyli kənd sakini, 32 yaşlı Əhməd Əbilov saxlanılıb.


RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 475 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.


Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR