Rusiya MSK katibi: Seçkilərdə hələlik kobud qayda pozuntusu qeydə alınmayıb

Rusiya MSK katibi: Seçkilərdə hələlik kobud qayda pozuntusu qeydə alınmayıb
# 18 sentyabr 2016 14:06 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) “qaynar xətti”nə seçki prosesində qayda pozuntuları ilə bağlı 800-ə yaxın zəng daxil olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə MSK katibi Maya Qrişina bildirib.

Onun sözlərinə görə, "qaynar xətt"ə kobud qayda pozuntusu ilə bağlı məlumat daxil olmayıb: “Müraciətlərin əksəriyyəti təşviqat müddəti ilə bağlı olub. Yaşayış yerlərindən kənarda səs verməklə bağlı da müraciətlər çox olub. Bunun üçün isə poçt ilə göndərilən talon götürmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR