İstanbulda iş mərkəzində yanğın olub - YENİLƏNİB

İstanbulda iş mərkəzində yanğın olub - <span style="color: red;">YENİLƏNİB
# 19 avqust 2016 13:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. İstanbulda iri biznes mərkəzində baş verən yanğının qarşısı alınıb.

APA-nın “Milliyət”ə istinadən verdiyi xəbərə görə, tüstüdən boğulan bir neçə nəfər təcili yardım maşınları ilə xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, 10 mərtəbəli binanın orta mərtəbəsində başlayan yanğın qısa müddətdə bütün binanı əhatə edib.

***

saat 14.19

Bakı. Fərid Mirzəyev - APA. Türkiyənin İstanbul şəhərində güclü yanğın olub. APA-nın “Milliyət”ə istinadən verdiyi xəbərə görə, yanğın Demirciler şəhərciyi yaxınlığındakı biznes mərkəzində baş verib.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

İlkin məlumata görə, hadisə zamanı ölən və yaralanan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR