Opera və Balet Teatrında “Bal-Maskarad” operasının premyerası keçiriləcək

Opera və Balet Teatrında “Bal-Maskarad” operasının premyerası keçiriləcək
# 02 sentyabr 2016 12:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Opera və Balet Teatrında Cüzeppe Verdinin “Bal-Maskarad” operasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, opera sentyabrın 24-də VIII Beynəlxalq Üzeyir Hacıbəyli Musiqi Festivalı çərçivəsində tamaşaçılara təqdim olunacaq.

Səhnə əsərinin əsas partiyalarında Belarusun əməkdar artisti Stanislav Trifonov, Azərbaycanın əməkdar artistləri Fərid Əliyev, İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, solistlər Tural Ağasıyev, Əliəhməd İbrahimov və Tələt Hüseynov çıxış edəcəklər. Tamaşanın musiqi rəhbəri və dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Nərgiz Ağayevadır.

“Bal-Maskarad” operasının ilk premyerası 17 fevral 1859-cu ildə Romanın Apollo teatrında baş tutub. Operanın librettosu fransız dramaturqu Ejen Skribanın tarixi faktlar əsasında qələmə aldığı pyesin motivləri əsasında yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR