İki mədəniyyət evinin direktoru vəzifəsindən azad olunub, üç direktora töhmət verilib

İki mədəniyyət evinin direktoru vəzifəsindən azad olunub, üç direktora töhmət verilib
# 18 mart 2016 09:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar aparılır.

İdarədən APA-ya verilən məlumata görə, yoxlama və araşdırmaların nəticələrini əsas tutaraq Kürdəxanı qəsəbə mədəniyyət evinin direktoru Aygün Məmmədovaya yazılı xəbərdarlıq, Bibiheybət qəsəbə mədəniyyət evinin direktoru Günel Bəxtiyarovaya və Binəqədi mərkəzi mədəniyyət evinin direktoru Zivər Abbasovaya töhmət verilib.

Həmçinin, Əmircan qəsəbə Mədəniyyət evinin direktoru Afaq Bayramova və H.Abbasov adına Mədəniyyət evinin direktoru Kamal Qədimov tutduqları vəzifədən azad olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR