Naməlum şəxs Hollivudda dörd nəfəri güllələyib

Naməlum şəxs Hollivudda dörd nəfəri güllələyib
# 17 sentyabr 2016 08:21 (UTC +04:00)

Bakı - APA. Ötən gün ABŞ-ın Los-Anceles şəhərində naməlum şəxsin ətrafdakılara atəş açması nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

APA-nın ABC telekanalına istinadən verdiyi məlumata görə, yaralıların vəziyyəti ağırdır.

İnsident Şərqi Hollivud rayonunda baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən uzaqlaşmağı bacarıb. Hadisə şahidləri bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Latın Amerika görünüşlü bir kişi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR