Bakıda "JEEP" markalı avtomobil yanıb

Bakıda "JEEP" markalı avtomobil yanıb
# 18 dekabr 2015 00:24 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Həsən bəy Zərdabi küçəsindəki qeydə alınıb. Belə ki, dayanacaqda dayanan "JEEP" markalı avtomobil qəfil yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Yasamal rayon hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

Alovun ətrafa yayılmasını qarşısı alınıb. Avtomobilin sahibinin sözlərinə görə, maşını bir aya yaxındır ki, idarə etmir. Avtomobili dayanacaqda saxlayıb. İşlək vəziyyətdə olmayan avtomobildə baş verən yanğını FHN-nin mütəxəssisləri araşdırır.

Faktla əlaqədar araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR