AMEA-nın bir idarəsi və avtobazası ləğv olunub

 AMEA-nın bir idarəsi və avtobazası ləğv olunub
# 24 fevral 2016 06:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli 1/9 saylı qərarına əsasən Təmir-tikinti və Quraşdırma İdarəsi ləğv olunduğunu elan edir.

Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyindən xəbər verilib.

Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Badamdar şosesi, 40 ünvanına bildirə bilərlər.

Bununla yanaşı, həmin qərara əsasən, AMEA-nın Təsərrüfat Hesablı Avtobazası da ləğv olunub. Kreditorlar 2 ərzində tələblərini Bakı şəhəri, Badamdar şosesi, 40 ünvanına bildirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR