Qlobal Forumda təmsil olunacaq beynəlxalq təşkilatların adları açıqlanıb

Qlobal Forumda təmsil olunacaq beynəlxalq təşkilatların adları açıqlanıb
# 22 aprel 2016 10:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda təmsil olunacaq beynəlxalq təşkilatların adları açıqlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, forumda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş katibi Əbdüləziz bin Osman əl-Tüveyrci, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) direktoru Paulus Bekkers, Ərəb Dövlətləri Liqasının Sivilizasiyalararası Dialoq Departamentinin direktoru Samia Bibars, İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət, Sosial və Ailə Məsələləri Departamentinin baş direktoru Mehla Talebna, Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Mixail Kristides iştirak edəcək.

Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu aprelin 25-27-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR