Bu gün “Qəbələ” Avropa Liqasında cavab oyununu keçirəcək

Bu gün “Qəbələ” Avropa Liqasında cavab oyununu keçirəcək
# 04 avqust 2016 05:32 (UTC +04:00)

Bakı-APA. Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Qəbələ” də cavab oyununa çıxacaq.

Ötən mövsümün bürünc mükafatçısı öz meydanında Fransa klubu “Lill”lə qarşılaşacaq. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdiyi 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxacaq. Mərhələni keçmək üçün “qırmızı-qaralar”a qolsuz bərabərlik də yetərli olacaq. Əgər “Qəbələ” bunu bacarsa, ardıcıl üçüncü il mötəbər yarışın pley-off mərhələsində iki komanda ilə təmsil olunacağıq. Çempionlar Liqasında uduzub, mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ”a qoşulacağı halda, “Qəbələ” ötənilki uğuruna yaxınlaşacaq. Həmin vaxt 4 mərhələ adlayıb, qrupa vəsiqə qazanan əyalət təmsilçisi təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb. Bu müddətdə bir heç-heçə əldə edən təmsilçimiz 5 qələbə qazanıb.

Avropa Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

4 avqust

21:00. “Qəbələ” (Azərbaycan) - “Lill” (Fransa)

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyun – 1:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR