Sadaxlı keçid məntəqəsində Ermənistan vətəndaşından xeyli miqdarda qızıl götürülüb

Sadaxlı keçid məntəqəsində Ermənistan vətəndaşından xeyli miqdarda qızıl götürülüb
# 04 aprel 2016 16:55 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın Sadaxlı gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşından 10 kiloqramdan çox qızıl götürülüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Gəlir Xidmətindən bildirilib. Gəlir Xidmətinin məlumatına görə, Sadaxlı gömrük keçid məntəqəsində gömrük əməkdaşları şübhə əsasında yoxlamaq məqsədilə Ermənistan vətəndaşı M.A-nı saxlayıblar. Saxlanılan şəxs Ermənistan tərəfdən Gürcüstana keçib. Baxış zamanı onun kəmər yerinə bərkidilən, gömrükdən gizlədilən 10,500.79 qram qızıl aşkarlanıb.

Gürcüstan Maliyyə Nazirliyinin istintaq qrupu faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR