FHN-in şahmat üzrə çempionatı keçirilib

FHN-in şahmat üzrə çempionatı keçirilib
# 29 yanvar 2016 13:41 (UTC +04:00)

Bakı - APA. Fövqaəldə Hallar Nzairliyinin (FHN) İdman Sağlamlıq Klubu və FHN İşçilərinin Həmkarlar İttifaqı təşkilatı ilə birlikdə yanvarın 25-29-da şahmat üzrə çempionat keçirilib.

FHN-in İdman Sağlamlıq Klubundan APA-ya verilən məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 16 komandadan 70-ə yaxın əməkdaş iştirak edib. Yarış həm şəxsi, həm komanda hesabında İsveçrə sistemi üzrə keçirilib. Komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer alıb.

Beynəlxalq dərəcəli baş hakim Namiq İsmayılov və beynəlxalq dərəcəli hakim Vitali Sapronovun hakimlik etdiyi çempionatda yığılan xalların ümumi miqdarına görə, qalib komanda və şəxslər müəyyən olunub.

Qaliblər diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR