Balakən sakinindən marixuana və odlu silah gülləsi götürülüb

Balakən sakinindən marixuana və odlu silah gülləsi götürülüb
# 04 aprel 2016 23:38 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakən rayon sakinin evindən odlu silah gülləsi, narkotik tərkibli bitkinin şitilləri və narkotik vasitə götürülüb.

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərdirilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Püştətala kənd sakini, 1985-ci il təvəllüdlü Məmməd Abdurəhman oğlu Emçiyevin yaşadığı evdə və evin həyətyanı sahəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə M. Emçiyevin yaşadığı evin həyətyanı sahəsinin müxtəlif hissələrində aqrotexniki qaydada əkilib və xüsusi qulluq edilən ümumilikdə 487 ədəd narkotik bitki hesab olunan çətənə kolları bitkisinin şitilləri, yaşadığı evdən isə 2 kq 715 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana və TOZ-8 odlu silahının 46 ədəd gülləsi aşkar edilərək götürülüb.

Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib. M. Emçiyev tutularaq istintaqa təhvil edilib. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR