Qafqaz Universitetində 20 yanvar - hüzn gününə həsr olunmuş seminar keçirilib

Qafqaz Universitetində 20 yanvar - hüzn gününə həsr olunmuş seminar keçirilib
# 19 yanvar 2016 13:21 (UTC +04:00)

Bakı-APA. Qafqaz Universitetində 20 yanvar - hüzn gününə həsr olunmuş elmi-praktiki seminar keçirilib.

Universitetdən APA-ya bildirilib ki, seminarda universitetin kollektivi ilə yanaşı, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, millət vəkili, Xanhüseyn Kazımlı da iştirak edib. Çıxış edənlər tarixən xalqımızın başına gətirilmiş faciələrdən danışıblar.

X. Kazımlı “Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirməsi üzrə tətbiq olunan metodologiya"sı mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, beynəlxalq tədbirlərdə münaqişə, müharibə və terror nəticəsində itki və tələfatların dəyərinin hesablanması üzrə vahid metodologiyanın Azərbaycan tərəfindən hazırlanması təklif olunub.

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç çıxış edərək bildirib ki, universitetdə Qarabağ araşdırmalar mərkəzi fəaliyyət göstərir. “Bu mərkəz xalqımızın məruz qaldığı faciələri araşdırır və xüsusilə ingilis dilində xarici ölkələrdə dünya ictimaiyyətinin diqqətinə çatdırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR