Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Türkiyə vətəndaşının çantasından oğurluq edən şəxs saxlanılıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Türkiyə vətəndaşı İdris Çoketin çantasından 500 ABŞ dolları və sənəd oğurlamış Yusif Mirişov tutulub.
Faktla bağlı araşdırmalar aparılır.