SOCAR neft hasilatını azaldıb

SOCAR neft hasilatını azaldıb
# 01 oktyabr 2015 07:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyul ayında SOCAR tərəfindən 702,5 min ton neft hasil edilib.

"APA-Economics"in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu göstərici 2014-cü ilin iyul ayı ilə müqayisədə 1,01% azdır.

Cari ilin iyun ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 3,99% artırıb.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 712,3 min ton, fevral ayında 641,9 min ton, mart ayında 717,2 min ton, aprel ayında isə 684,2 min ton, may ayında 706,5 min ton, iyun ayında 675,5 min ton neft hasil edilib.

Bu ilin yanvar-iyul aylarında ümumilikdə 4 mln. 840,1 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin 7 ayı ilə müqayisədə 1,38 azdır.

Bu ilin iyul ayı ərzində ölkə üzrə 3,531 mln. min ton neft hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,75% azdır. Bu ilin iyun ayı ilə müqayisədə isə bu rəqəm 6,57% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 mln. 667,6 min ton, fevral ayında 3,293 mln. ton, mart ayında 3 mln. 722,1 min ton, aprel ayında isə 3 mln. 549,3 min ton, may ayında 3 mln. 426,3 min ton, iyun ayında isə 3,314 mln. ton neft hasil edilib.

Bu ilin yanvar-iyul aylarında ölkə üzrə ümumilikdə 24 mln. 504,2 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk dörd ayı ilə müqayisədə 2,25% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR