Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində hava nəqliyyatı ilə 350,7 min və ya 6,2% az sərnişin daşınıb.
Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bundan başqa, hava nəqliyyatı ilə yükdaşıma 34,5% artaraq 33,9 min tona çatıb.