“Azər Türk Bank” “Çək, qazan” kampaniyasına start verir

“Azər Türk Bank” “Çək, qazan” kampaniyasına start verir
# 18 avqust 2016 08:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azər Türk Bank” ASC yeni, “Çək, qazan” kampaniyasına start verir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniyada şəhərimizin hər bir sakini iştirak edə bilər. Bankın “Port Baku”, “Gənclik Mall” və “28 Mall” alış-veriş mərkəzlərində yerləşən kart maketləri ilə birgə şəkil çəkdirib #cekqazan həştəqi ilə sosial şəbəkələrdə yerləşdirməklə və [email protected] e-mail ünvanına göndərməklə kampaniyanın iştirakçısı ola bilərsiniz.

Hər həftə daxil olan şəkillər toplanaraq bankın sosial şəbəkələrdəki korporativ səhifələrində yerləşdiriləcək, Bankın rəsmi korporativ səhifələrindəki izləyiciləri həmin şəkillərə səs verərək, qalibi müəyyən edəcək. Həftənin şənbə günündən cümə axşamınadək (saat 17:00-dək) bütün şəkillər toplanaraq, həftənin cümə günü (09:00-dan 17:00-dək) səsvermə elan olunacaq və həmin gün saat 18:00-da qalib elan olunacaq. Hər həftənin ən çox səs toplamış qalibini dəyərli hədiyyələr gözləyir.

Kampaniya barədə daha ətraflı məlumatı www.cekqazan.azerturkbank.az saytından əldə edə bilərsiniz. Sayt bank tərəfindən kampaniya iştirakçılarının rahatlığının təmin olunması məqsədilə yaradılıb və “Azər Türk Bank”ın rəsmi web səhifəsinə keçid mümkündür.

Sayt vasitəsilə həftəlik dəyərli hədiyyələrin siyahısını, həmçinin, qalib gələcək iştirakçıların adlarını öyrənə bilərsiniz.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR