Suriya müxalifəti atəşkəs rejiminin tətbiqinə razılıq verib

Suriya müxalifəti atəşkəs rejiminin tətbiqinə razılıq verib
# 20 fevral 2016 16:55 (UTC +04:00)

Bakı-APA. Suriya müxalifəti iki-üç həftəlik atəşkəs rejiminin tətbiq olunmasına dair razılığa gəlib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Suriya müxalifəti atəşkəs rejiminin tətbiq edilməsi üçün bir şərt irəli sürüb. Məlumata görə, müxalifət Rusiyanın Suriya ərazisinə hava zərbələrinin endirilməsinə son qoyacağı təqdirdə atəşkəs rejiminin tətbiqi ilə razılaşacağını bəyan edib.

Qeyd edək ki, Suriyaya Beynəlxalq Dəstək Qrupu fevralın 12-də Münhendə keçirilən danışıqlar zamanı yekun bəyanatı razılaşdırıb. Razılaşma Suriyada hərbi əməliyyatların bir həftə ərzində dayandırılmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR