Xanhüseyn Kazımlı: "Qiymətləndirmə fəaliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanıb"

Xanhüseyn Kazımlı: "Qiymətləndirmə fəaliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanıb"
# 23 fevral 2016 08:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bəzi qurumlar öz daxilində qiymətləndirmə komissiyası yaradıb. Lakin bu, qiymətləndirmə fəaliyyəti ilə bağlı 1998-ci ildə qəbul edilmiş qanuna ziddir”.

APA-nın məlumatına görə, bunu qiymətləndirmə metodologiyasının müzakirəsi, qiymətləndirmə fəaliyyətinin təşkili və mövcud problemlər mövzusunda keçirilən tədbirdə millət vəkili, Azərbaycan Respublika Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı deyib.

X. Kazımlı qeyd edib ki, bir çox qurumlar sahə maraqlarını güdür: “Mənim müəllifliyimlə qiymətləndirmə fəaliyyəti haqqında yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsi Nazirlər Kabineti tərəfindən Prezident Administrasiyasına göndərilib. Layihəyə 34 nazirlik və komitə müsbət rəy versə də, bəzi qurumlar bu sənədə qarşı çıxır. Lakin inanırıq ki, qanun layihəsi Milli Məclisə göndəriləcək və qəbul olunacaq”.

X. Kazımlı əlavə edib ki, tənzimləmə fəaliyyəti haqqında 2000-ci illərdə qəbul edilmiş qanunun tətbiqi barədə qərarın olmaması bir çox problemə yol açıb: “Sonralar bu qanun ümumiyyətlə unuduldu. Bunun nəticəsidir ki, universitetlər təhsil haqları ilə bağlı əhalini narazı salan addımlar atır, banklar 30-40 faizlə kredit verirdi. Yaxud kredit verilən zaman rayonlarda olan evlər qiymətləndirilmirdi. Mən Azərbaycandakı qiymətləndiriciləri qiymətləndirmə fəaliyyəti haqqında yeni qanunun qəbuluna dəstək verməyə çağırıram. Çünki köhnə qanun günün tələblərinə cavab vermir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR