Səudiyyə Ərəbistanı İŞİD-lə mübarizədə rolununun artırlmasını təklif edib

Səudiyyə Ərəbistanı İŞİD-lə mübarizədə rolununun artırlmasını təklif edib
# 11 fevral 2016 22:53 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanı ABŞ-a İŞİD-lə mübarizədə köməyinin artırılmasını təklif edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Pentaqonun nümayəndəsi Sem Kukun sözlərinə əsasən, rəsmi Ər Riyad İŞİD-ə qarşı mübarizədə öz hərbi tövhəsini genişləndirməyi təklif edib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı əsasən İŞİD-in mövqelərinə endirilən hava zərbələrində rolununun artırlmasını təklif edib.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı ordusunun briqada generalı Suriyaya quru qoşun kontingentinin göndərilməsinin planlaşdırıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR