Sabirabadda 8 otaqlı ev yanıb

Sabirabadda 8 otaqlı ev yanıb
# 02 dekabr 2015 20:36 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda 8 otaqlı evdə yanğın hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, günorta saatlarında Sabirabad rayonu R.Behbudov küçəsində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Sabirabad sakini, Nuriyeva Şəlalə Bəşir qızına məxsus ümumi sahəsi 450 kv.metr olan ikimərtəbəli, 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Yanğının söndürülməsinə Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR