Lavrov və Kerri arasında telefon danışığı olub

Lavrov və Kerri arasında telefon danışığı olub
# 29 fevral 2016 07:11 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya xaricİ işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin “Facebook” səhifəsində deyilir.

Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparılıblar. “Tərəflər Suriya torpaqlarında hərbi əməliyyatların dayandırılması ilə bağlı fikir mübadiləsi aparıb və Beynəlxalq Suriyaya Dəstək Qrupunun həmsədrləri olaraq sıx hərbi koordinasiyasınn vacibliyini təsdiqləyiblər”, - deyə məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR