Kalmıkiya Milli Dram Teatrının Gənc Tamaşaçılar Teatrına qastrol səfəri başa çatıb

Kalmıkiya Milli Dram Teatrının Gənc Tamaşaçılar Teatrına qastrol səfəri başa çatıb
# 12 oktyabr 2015 08:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rusiya Federasiyası Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına qastrol səfəri başa çatıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qastrol səfərində teatrın yaradıcı kollektivi A.S.Puşkinin “Золотая рыбка” (“Qızıl balıq”), Ə.Əmirlinin “Любящая женщина” (“Sevən qadın”) tamaşaları ilə çıxış ediblər.

Qastrol çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artisti Mübariz Həmidovla kalmıkiyalı qonaqların görüşü keçirilib.

Görüşdə Kalmık Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev, Kalmıkiya Respublikasının xalq artisti Sergey Muçiryayev, rejissor Sergey Pekteyev, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, yazıçı-dramaturq Əli Əmirli iştirak ediblər.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan bir sıra məsələlər, növbəti qastrol səfərləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR