Fransua Olland: "Beynəlxalq antiterror koalisiyasının başlıca vəzifəsi İŞİD-in neft infrastrukturuna zərbə endirməkdir"

Fransua Olland: "Beynəlxalq antiterror koalisiyasının başlıca vəzifəsi İŞİD-in neft infrastrukturuna zərbə endirməkdir"
# 26 noyabr 2015 23:55 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. "Beynəlxalq antiterror koalisiyasının başlıca vəzifəsi İŞİD-in neft infrastrukturuna zərbə endirməkdir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland rusiyalı həmkarı Vladimir Putinlə görüşünün yekunlarına dair Kremldə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"O ki qaldı bundan sonrakı fəaliyyətimizə, qeyd etmək istəyirəm ki, İŞİD-ə zərbə endirmək lazımdır. Onların təlim mərkəzinə, terrorçu ordusunun təlim keçdiyi mərkəzlərə zərbə endirmək lazımdır. Ən əsası, terrorçuların maliyyə mənbələrinə zərbə endirmək lazımdır. Çünki bu, onlara həyat verir, neftdən böyük gəlir əldə edirlər.

Biz dayanmaq istəmirik, neft daşıyan karvanlara, İŞİD-in maliyyə mənbəyi olan neft emalı zavodlarına zərbə endirəcəyik",- deyə Fransa prezidenti qeyd edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR