Dövlət Bayraq Meydanı Kompleksinin sabiq sədri ilə birlikdə tutulan şəxsin şikayəti təmin edilməyib

 Dövlət Bayraq Meydanı Kompleksinin sabiq sədri ilə birlikdə tutulan şəxsin şikayəti təmin edilməyib
# 11 dekabr 2015 11:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində həbsdə olan İsfəndiyar İsfəndiyarovun apellyasiya şikayətinə baxılıb.

İ. İsfəndiyarovun vəkili İradə Cavadovanın APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib.

Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.

Bir müddət əvvəl İ. İsfəndiyarovun vəkili İradə Cavadova onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə həbs qərarını dəyişməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR