Aramsız yağışlar Daşkəsəndə körpünü yararsız vəziyyətə salıb

Aramsız yağışlar Daşkəsəndə körpünü yararsız vəziyyətə salıb
# 27 aprel 2016 13:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Son günlər yağan aramsız yağışlar nəticəsində Daşkəsən rayonunda 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü qəzalı vəziyyətə düşüb.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sözügedən körpü 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir. Körpünün uzunluğu 10 metr, eni isə 5 metrdir.

Dərhal əraziyə ezam edilmiş ASC-nin mütəxəssisləri tərəfindən körpüyə baxış keçirilmiş və nəqliyyat vasitələri üçün təhlükə yaratdığından körpünün hərəkətə bağlanaraq bərpa edilməsi qərara alınıb. Bərpa işləri zamanı körpü üzərindən yalnız piyadaların hərəkətinə icazə veriləcək.

Bərpa işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR