Talassemiya daşıyıcısı 7 cütlük nikahdan, 2 cütlük isə hamiləlikdən imtina edib

Talassemiya daşıyıcısı 7 cütlük nikahdan, 2 cütlük isə hamiləlikdən imtina edib
# 16 sentyabr 2016 14:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda aparılan tibbi müayinələr zamanı qan xəstəliyi aşkarlanan daha bir cütlük hamiləlikdən imtina edib”.

Səhiyyə Nazirliyi B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, Perinatal Mərkəzdə dölün perinatal diaqnostikası aparılıb və anası-atası xəstə olan döldə də qan xəstəliyi aşkarlanıb. Onun sözlərinə görə, gənclərə bu barədə məlumat verilib və xəstəliyin ciddiliyi onlara izah olunub: “Nəticədə onlar hamiləliyi pozmağı qərara alıblar. Bir müddət öncə də hər ikisində xəstəlik aşkarlanan cütlüklərdən biri hamiləlikdən imtina edib. Bununla da xəstəlik səbəbindən hamiləliyi pozan cütlüklərin sayı 2 olub. Nikah öncəsi daşıyıcılıq aşkarlanan ailələrdən hamiləlik zamanı 30-a yaxın döldə genetik müayinə aparılıb. Onlar da ya daşıyıcı, ya da sağlam uşaqlardır”.

İnstitut direktoru vurğulayıb ki, bu vaxta kimi hər ikisində qan xəstəliyi aşkarlanan 7 cütlük nikaha daxil olmaqdan imtina edib. Z. Əlimirzəyeva əlavə edib ki, bu günlərdə hər ikisində xəstəlik aşkarlanan cütlüyün isə övladı dünyaya gəlib. Sentyabrın 6-da dünyaya gələn uşaqda heç bir kənara çıxma, anomaliya yoxdur: “Uşaq normal doğulub. Hamiləlik vaxtı aparılan müayinə ilə körpədə talassemiya daşıyıcılığı üzə çıxıb. Körpə valideynləri kimi daşıyıcı olsa da, sağlamdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR