MSK sədri: "Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib"

MSK sədri: "Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib"
# 22 sentyabr 2016 10:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Referendumu izləmək üçün müşahidəçilərin ümumi sayı 53 minə yaxındır. Seçkilərdə 5627 seçki məntəqəsi olacaq. Bir seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür. Hesab edirəm ki, nəinki 10, 5 nəfər də müşahidə aparsa, bu, şəffaflığın təmin edilməsi üçün yüksək göstəricidir”.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi MSK-da akkreditasiyadan keçib: "Bunlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri, parlamentarilərdir.

Müşahidə aparmaq istəyən yerli vətəndaşlarının sayı da kifayət qədər geniş çeşidlidir.

Bura həm siyasi partiyaların nümayəndələri, öz təşəbbüsü ilə müşahidə aparmaq istəyən vətəndaşlar, həm də qeydə alınmış təşviqat qrupunun nümayəndələri daxildir".

O, referendumda seçicilərin sərbəst səs verməsi üçün hər cür şərait yaradıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR