"Bank Melli İran"ın Bakı filialı ötən ili zərərlə başa vurub

"Bank Melli İran"ın Bakı filialı ötən ili zərərlə başa vurub
# 09 fevral 2016 08:27 (UTC +04:00)

Bakı - APA-Economics. "Bank Melli İran"ın Bakı filialının aktivləri ötən il 31,7% artaraq 100 mln. 865,429 min manata çatıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, filialın kredit portfeli 78,9% artaraq 10 mln. 235,220 min manat olub.

Hesabat dövründə filialın öhdəlikləri 91,4% artaraq 49 mln. 689,685 min manatı ötüb. Burada maliyyə institutları qarşısında olan öhdəliklərin payı 46 mln. 917,755 min manat təşkil edir.

Filialın nizamnamə kapitalı dəyişməyərək 51 mln. 433 min 671,44 manatdır. Məcmu kapital isə 1,2% artaraq 51 mln. 175 min 744,47 manata çatıb.

Filial ötən ili 280 min 697,15 manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR