Giorgi Kvirikaşvili və Filip Xammond “Şahdəniz-2” qaz boru kəmərinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olublar

Giorgi Kvirikaşvili və Filip Xammond “Şahdəniz-2” qaz boru kəmərinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olublar
# 31 mart 2016 02:44 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond ilə birgə Rustavi yaxınlığından keçən “Şahdəniz-2” layihəsinin ikinci mərhələsinin tikintisinə baxış keçiriblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazirin mətbuat xidmətindən bildirilib.

“Şahdəniz-2” layihəsinin tikintisindən sonra qaz boru kəmərinin gücü 16 milyard kubmetr artacaq. Boru kəməri Xəzər dənizindən Türkiyədən keçməklə Avropaya ötürüləcək.

Layihəyə əsasən, 2018-2019-cu ilərdə Gürcüstan təbii qazın həcmi artırıldıqdan sonra aşağı qiymətlə qaz alacaq. Gürcüstan “Şahdəniz-2” layihəsinə iki milyard dollar vəsait yatırıb. Layihə çərçivəsində görülən işləri "BP" şirkəti həyata keçirir.

Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond martın 30-da Gürcüstana səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR