Fransa və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilir

Fransa və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilir
# 29 iyun 2016 13:02 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Parisdə Fransa və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilir.

APA-nın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-Mark Eyronun görüşündə gündəlikdə duran əsas məsələlər Ukrayna və Yaxın Şərqdəki böhran, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllidir.

Bundan başqa, nazirlər Böyük Britaniyanın Avropa Birliyində çıxmasının nəticələrini də müzakirə edəcəklər.

S. Lavrov fransalı həmkarını iyunun 20-də Sankt-Peterburqda keçirilən Dağlıq Qarabağ sammitinin nəticələri ilə bağlı məlumatlandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR