AFFA Aleksander Çeferinə səs verəcək

AFFA Aleksander Çeferinə səs verəcək
# 06 sentyabr 2016 12:25 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA prezidenti vəzifəsinə seçkilərdə səs verəcəyi namizədi müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, assosiasiya hazırda Sloveniya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışan Aleksander Çeferinin namizədliyini dəstəkləyir.

Seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi bu il sentyabrın 14-də, Yunanıstanın paytaxtı Afinada keçiriləcək seçkidə Aleksander Çeferinə səs verəcəyi barədə qərar qəbul edib.

Qeyd edək ki, üç namizəd - ispaniyalı Anxel Mariya Vilyar, holland Mixael van Praq və sloveniyalı Aleksander Çeferin qitənin ali futbol qurumuna başçılıq etmək üçün bir-biriləri ilə yarışacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR