Azərbaycan prezidenti Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib

Azərbaycan prezidenti Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib
# 27 may 2016 12:49 (UTC +04:00)

Bakı – APA. “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Dövlət başçısı tədbirdə nitq söyləyib.

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.

Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib. Elm üzrə dövlət mükafatları Ramiz Məmmədov, Elbrus Əlizadə, Məhərrəm Həsənov və Zakir Eminova, ədəbiyyat üzrə mükafat isə Fikrət Qocaya təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR