Azərbaycanın Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulları geri çağırılıb

Azərbaycanın Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulları geri çağırılıb
# 28 aprel 2016 16:59 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki baş konsullarının geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb.

APA-nın xəbərinə görə, Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən, Sultan Məhəmməd oğlu Qasımov isə Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR