Mariya Zaxarova ilk dəfə olaraq jurnalistlərin önünə Rusiya XİN-in rəsmi geyim formasında çıxıb

Mariya Zaxarova ilk dəfə olaraq jurnalistlərin önünə Rusiya XİN-in rəsmi geyim formasında çıxıb
# 10 fevral 2016 13:43 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova ilk dəfə olaraq jurnalistlərin önünə qurumun rəsmi geyim formasında çıxıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, M. Zaxarova XİN-in rəsmi geyim formasını Rusiyada fevralın 10-da qeyd olunan Diplomatlar Günü münasibətilə geydiyini söyləyib.

Qeyd edək ki, Rusiya XİN əməkdaşları üçün xüsusi geyim forması 2001-ci il noyabrın 17-dən tətbiq olunub. XİN-in qadın əməkdaşları üçün xüsusi geyim forması isə bir qədər sonra, 2013-cü ildə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR