Sabah Azərbaycanın bəzi yerlərində hava yağmurlu olacaq

Sabah Azərbaycanın bəzi yerlərində hava yağmurlu olacaq
# 16 yanvar 2016 09:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Yanvarın 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-13 dərəcə, Bakıda gecə 3-5 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.

Yanvarın 17-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR