"DəmirBank" "Şimşək" sistemi ilə rahat pul köçürmələri təklif edir

"DəmirBank" "Şimşək" sistemi ilə rahat pul köçürmələri təklif edir
# 07 oktyabr 2015 09:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank”ın “Şimşək” sistemi vasitəsilə ölkədaxili pul vəsaitini daha rahat şəkildə köçürmək və ya almaq mümkündür.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər.

“Şimşək” pul köçürməsində maksimal məbləğ 100 min manat/dollar/avrodur.

Qeyd edək ki, “DəmirBank”ın “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyası çərçivəsində “Şimşək” sistemi üzrə də pul göndərənlərə mobil rabitə ödəmə kartı hədiyyə edilir. Belə ki, Bankın filiallarında ən azı 500 manat / dollar/ avro məbləğində pul köçürənə istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 manat / dollar/ avro olduqda isə müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

“DəmirBank” əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank beynəlxalq pul köçürmələrini “Western Union”, “Blizko”, “PrivatMoney”, “UPT”, “Leader”, “Forsaj”, “Monex” sistemləri ilə həyata keçirir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR