Prezident İlham Əliyev AMEA-nın 70 illik yubiley tədbirində iştirak edib - FOTOSESSİYA - YENİLƏNİB

Prezident İlham Əliyev AMEA-nın 70 illik yubiley tədbirində iştirak edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 09 noyabr 2015 10:12 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.

APA-nın “AzərTac”a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib.

Dövlət başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib.

Prezident İlham Əliyev yubiley münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı Milli Elmlər Akademiyasının 70 il ərzində uğurlu yol keçdiyini, bu gün də ölkənin inkişafında fəal rol oynadığını, alimlərin öz elmi araşdırmaları ilə Azərbaycanın inkişafına töhfə verdiklərini, onların elmi fəaliyyəti sayəsində müxtəlif sahələrdə ən müasir texnologiyaların tətbiq edildiyini bildirib.

Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə yubiley mərasimində iştirak etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib, bu günlərdə dövlət başçısının sərəncamı ilə alimlərin böyük bir qrupunun mükafatlandırıldığını söyləyib və bunu elmə, alimlərə verilən yüksək qiymət kimi dəyərləndirib.

Nobel mükafatı laureatı, professor Corc Ficerald Smut Milli Elmlər Akademiyasının zəngin tarixi, Azərbaycan alimlərinin müxtəlif sahələrdə, o cümlədən fizika, biofizika, kosmik sənaye sahələrində əldə etdikləri nailiyyətlərdən məlumatlı olduğunu qeyd etdi, azərbaycanlı alimlərlə əməkdaşlığa maraq göstərdiyini söyləyib.

Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev rəhbərlik etdiyi elm ocağının təbrik məktubunu oxunub.

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq rəsmi hissə başa çatdıqdan sonra məruzələrlə davam edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Azərbaycan elminin ölkənin davamlı inkişafında rolu”, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun “Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı”, təhsil naziri Mikayıl Cabbarovun “Azərbaycan Respublikasının ali təhsil müəssisələrində elmi tədqiqatların aparılması”, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovun “Azərbaycanda biologiya elminin inkişaf perspektivləri”, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycanda humanitar elmlərin inkişaf perspektivləri” mövzularında məruzələri dinlənilib.

Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralı çıxış edərək AMEA-nın 70 illiyi münasibətilə kollektivi təbrik edib, uğurlar arzulayıb. D.Kıdıralı Beynəlxalq Türk Akademiyasının qızıl medalını akademik A.Əlizadəyə təqdim edib.

Sonra xarici ölkələrin akademik qurumlarının və nüfuzlu elm adamlarının AMEA-nın 70 illik yubileyi ilə bağlı təbrikləri çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR