Putin Ərdoğanla "Türk axını" layihəsini müzakirə edib

Putin Ərdoğanla "Türk axını" layihəsini müzakirə edib
# 10 oktyabr 2016 15:05 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya və Türkiyə prezidentləri İstanbulda "Türk axını" layihəsini müzakirə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İstanbulda keçirilən Ümumdünya Enerji Konqresində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

"Türkiyəli tərəfdaşlarımızla, prezident Ərdoğanla "Türk axını" barədə ətraflı danışdıq. Biz bu layihəni həyata keçirmək niyyətindəyik", - deyə Rusiya prezidenti söyləyib.

Qeyd edək ki, "Qazprom" şirkəti Türkiyə hökumətindən "Türkiyə axını" layihəsini həyata keçirmək üçün ilkin icazə alıb. Rusiya enerji naziri Aleksandr Novak Ümumdünya Enerji Konqresində Türkiyə ilə "Türk axını" layihəsi ilə bağlı hökumətlərarası müqavilənin imzalanacağına ümid etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR