Azərbaycanda milli mədəni irs obyektlərinin mühafizəsi qaydası müəyyənləşib

Azərbaycanda milli mədəni irs obyektlərinin mühafizəsi qaydası müəyyənləşib
# 26 fevral 2016 23:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən Təminatlar”ı təsdiq edib.

APA-nın məlumatına görə, bu Təlimatlar milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən təminatları müəyyən edir.


Verilən təminatları təşkil edən milli mədəni irsin mühafizəsi sistemi dövlət orqanları və bələdiyyələr tərəfindən həyata keçirilən qanuni hüquqi, maddi-texniki və təşkilati tədbirlərdən ibarətdir. Milli mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilir. Sənəd Azərbaycanın milli mədəniyyət əmlakının Dövlət Siyahısına və ya mədəni sərvətlərin mühafizə Siyahısına daxil edilməklə, mühafizə müqaviləsi bağlanılmış milli mədəni irs obyektinin sahiblərinə tətbiq edilir. Bu Sənədin məqsədləri üçün milli mədəni irs obyekti - nadir tarixi, arxeoloji, bədii, elmi, estetik dəyərlərə malik olan və Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən daşınar və ya daşınmaz, maddi və qeyri-maddi mədəni irs obyektləridir. Milli mədəni irs obyektinin sahibi mədəni sərvətin fiziki və ya hüquqi şəxs qismində mülkiyyətçisi, yaxud icarə və ya istifadə hüququ əsasında istifadəçisidir. Mədəni sərvətlərin saxlanılma və təsərrüfat istifadəsi xərcləri milli mədəni irs obyektinin sahibləri tərəfindən ödənilir. Mədəni sərvətlərin mülkiyyətçisi həmin sərvətləri müəyyən olunmuş qaydada saxlamırsa və bu, onların öz əhəmiyyətini itirməsi ilə nəticələnə bilərsə, belə sərvətlər məhkəmə qərarı əsasında dövlət tərəfindən satınalma yolu ilə mülkiyyətçidən alına bilər.

Bu Sənədin tələbləri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Тarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən milli mədən irs obyektlərinə turistlərin cəlb olunması üçün dəstəyin göstərilməsi, milli mədəni irs obyektlərinin tanıdılması məqsədi ilə təbliğat materiallarına həmin obyektlərlə bağlı məlumatların daxil edilməsi, dövlət tərəfindən təşkil olunan sərgilərdə (həmçinin beynəlxalq sərgilərdə) milli mədəni irs obyektlərinin nümayiş olunmasına dəstəyin göstərilməsi və belə sərgilərin təşkil olunmasına şəraitin yaradılması təmin edilir.

Milli mədən irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə təminatlar milli mədən irs obyektlərinin sahibləri tərəfindən müvafiq müraciət və mədəniyyət sahəsində dövlət monitorinqinin nəticələri əsasında verilir. Mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən edilir. Həmin obyektlərin sahiblərinin ərizəsinə 15 gün müddətində Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən müvafiq təminatın verilməsi barədə qərar qəbul edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR